RU
Ural Federal Universitetində Azərbaycan guşəsi yaradıldı
18:31
1671

Ural Federal Universitetində Azərbaycan guşəsi yaradıldı

7News.az-a verilən məlumata görə Rusiyanın birinci prezidenti B.N.Yeltsin adına Ural Ferderal Universitetində  (UrFU) Azərbaycanı təqdim edən şəkillərdən ibarət guşə yaradılıb.

Bilik Fondunun Informasiya təminatı sektorundan verilən məlumata görə, Yekaterinburq şəhərində səfərdə olan Fondun mətbuat katibi Ceyhun Musaoğlu, Bakı Slavyan Universitetinin əməkdaşları Araz Məmmədzadə və Elvin Hətəmovun UrFU-da ölkəmizlə bağlı guşə yaradılması təşəbbüsü universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri, xarici regionşünaslıq  kafedrasının müdiri, professor Aleksandr Qennadiyeviç Nestrov tərəfindən müsbət qarşılanıb.

Şəkillərin universitetin Beynəlxalq münasibətlər fakültəsinin yerləşdiyi mərtəbədə nümayiş olunmasına razılıq veriləndən sonra kafedranın əməkdaşı Aliksey Mixayloviç Çudinov xüsusi məkanın seçilməsində yaxından iştirak edib.

Bilik Fondu və BSU-nun təmsilçiləri UrFU-u nəşriyyatının direktoru Aleksey Vasilyeviç Podçinenovla da görüşüblər. Tərəflər arasında tanışlıq xarakterli fikir mübadiləsi aparılıb. Nəşriyyat Poliqrafiya Mərkəzinin dirktoru Vadim Yuriyeviç Malıqın, əməkdaşı  Andrey Banereviç Kryuçkov ölkəmiz haqqında təbliğat xarakteli materilların hazırlanmasına dəstək olublar.

Həmin mərtəbənin girişindəki divarlardan  ABŞ, Rusiya, Çin və Emənistanın müxtəlif görməli yerlərinin şəkilləri asılıb. Azərbaycanı təqdim edən  şəkillər nümayiş olunduğu andan tələblərin diqqətini çəkib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ