Aprelin 2-ə keçən gecə və gün ərzində gedən döyüşlərdə erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri qarşı tərəfdən tərəfindən vurulub.
Hadisə nəticəsində vətən uğrunda şəhid olanlardan biri də məhz 1983-cü il təvəllüdlü mayor Vəlizadə Urfan Üzeir oğlu idi.
37 yaşlı mayor Urfan Vəlizadənin hərbi pilot kimi 20 illik təcrübəsi var. Ali təhsilini bir sıra xarici ölkələrdə almışdı. İki övladı var. Böyük qızı 8, kiçiyi isə 1 yaşındadır. Pilotun həyat yoldaşı isə onunla sonsöhbətindən danışarkən bunları dedi: “Sonuncu dəfə aprelin 2-si, səhər tezdən telefonda danışanda Urfan “Könül, narahat olma burda yaxşılıqdır”, dedi. Məni “axşama gözləyin””. “Həmin gün anamın ad günü idi. Axşam restoranda idik hamımız. Bir də saytdan oxudum ki, helikopter vurulub. Ufranın da şəklini qoyublar”. Sonda bu il pensiyaya çıxacağını əlavə edən pilotun həyat yoldaşı, bunun da qismət olmadığını bildirib: “Urfan bu ilin avqustunda pensiyaya çıxacaqdı. Ərizəsini də bir neçə ay əvvəlcədən yazmışdı”.
Bu barədə şəhidin yaxın qohumu Asif Mustafayev də 7News.Az-a verdiyi açıqlamada, Urfanın olduqca alicənab biri olduğunu, çox gözəl ailə başçısı olmaqla yanaşı, qohumlar arasında da çox sevildiyini əlavə edib.
Allah rəhmət eləsin!
















