Uruqvayda aylardır davam edən quraqlıq səbəbiylə su böhranı artmaqda davam edərkən, bu səbəbdən ölkədə fövqəladə vəziyyət elan edilib.
7NEWS.az xəbər verir ki, Uruqvay Prezidenti Luis Lacalle Pou bazar ertəsi mətbuata açıqlamasında davam edən su böhranını aradan qaldırmaq və hüquqi prosesləri sürətləndirmək üçün fövqəladə vəziyyət elan etdiklərini söylədi, Peoples Dispatch xəbər verir.
Pou paytaxt Montevideonu yeni içməli su mənbəyi ilə təmin etmək üçün San Xose çayı üzərində su anbarı və boru kəməri şəbəkəsinin tikiləcəyini açıqlayıb. İşlərin ən geci bir ay ərzində tamamlanacağını bildirən Pou, su böhranının aradan qaldırılması üçün tədbirlər çərçivəsində 21 min evə pulsuz su verəcəklərini vurğuladı.
7NEWS.az








