İtaliyada qızlarına "Mavi" (Blue) adını qoyan valideynlər məhkəməlik olub.
7news.Az xarici mediaya istinadən xəbər verir ki, Milanda yaşayan ailə il yarım əvvəl doğulan qızına İtaliya üçün qeyri-adi məna daşıyan ad qoyub. Ötən gün isə onlara məhkəmədən çağırış vərəqi yollanıb. Bildirilib ki, ailə qızlarının adını dəyişməlidir. Əks halda, məhkəmə uşağa yeni ad qoyacaq. Buna səbəb isə "Mavi"nin cinsi azlıqlara işarə vurduğu göstərilib. Qız uşağına bu adın verilməsini düzgün saymayan Milan məhkəməsi uşaqlara onların cinsiyyətinə uyğun ad qoyulmalı olduğunu bildirib.
Luka və Vittoria adlı ana-ata "Qızımıza şəhadətnamə almağa gedəndə bu adla bağlı hökumətdən etiraz gələcəyini bildirmişdilər. Ancaq 1 il 5 ay sonra adı dəyişməli olmağımızı gözləmirdik. Qızımız adına öyrəşib, hər yerdə də belə yazılır" açıqlamasını verib. İtaliyda 2015-ci ildə 5, 2016-cı ildə 7 qız uşağına bu adın verildiyini öyrənən ailə onlarla birlikdə məhkəməyə şikayət verməyə hazırlaşır.
7news.Az








