Hər keçən il Azərbaycanda boşanmaların sayı artır.
Bunların arasında uşaq olmayan ailələr üstünlük təşkil edir. Bunu elə statistikada da müşahidə etmək olur.
7News.az bildirir ki, Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə 12 764 nikahın pozulması halı qeydə alınıb. Boşanmaların 6 950-i uşağı olmayan ailələrdə reallaşıb.
Məlumatda, həmçinin qeyd edilib ki, ötən il nikahın pozulması 2 838 bir uşaqlı, 2 976 iki və daha çox uşaqlı ailələrdə qeydə alınıb. Boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 9 378 nəfərdir.
2014-cü ildə isə bu rəqəmlər bir qədər azdır. Belə ki, 2014-cü ildə 12 088 boşanma olub ki, bunun 6 840-i uşaqsız ailələrdə, 2 798-i bir uşaqlı ailələrdə, 2 450-i isə iki və daha çox uşaqlı ailələrdə reallaşıb. Nəticədə 8 196 uşaq valideynlərdən biri ilə qalıb./azvision
7News.az








