RU
Uşağın əli eskalatorda qaldı
16:18
2285

Uşağın əli eskalatorda qaldı

Ani diqqətsizlik az qala faciə ilə nəticələnəcəkdi.

Hadisə Çində, ticarət mərkəzlərindən birində qeydə alınıb.

Azyaşlı anası ilə birlikdə alış-veriş üçün mağazaya daxil olub. Lakin anasının ani diqqətsizliyindən istifadə edən balaca mağazanı tərk edib və eskalatorun yanına gələrək kənar tutacaqları ilə oynamağa başlayıb. Elə bu vaxt müvazinətini itirərək yerə yıxılan uşağın əli eskalatora ilişib. Dərhal övladının yanına qaçan ana onun əlini oradan çıxarmağa çalışsa da, cəhdləri uğursuzluqla nəticələnib. Bir müddət sonra mağaza işçiləri tərəfindən eskalatorun hərəkəti dayandırılıb və hadisə yerinə xilasedicilər çağırılıb.

Xüsusu texnikanın köməyi ilə xilasedicilər uşağın əlini eskalatordan çıxarıblar. Hadisədən dərhal sonra uşaq xəstəxanaya çatdırılıb. Xoşbəxtlikdən onun həyati təhlükəsinin olmadığı deyilir./atv

7news.az

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ