RU
Uşağını vəhşicəsinə döyən ata ilə bağlı yeni faktlar - VİDEO
12:00
450

Uşağını vəhşicəsinə döyən ata ilə bağlı yeni faktlar - VİDEO

Körpə qız uşağının vəhşicəsinə döyülməsi və bu anın döyən şəxs tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılması haqlı narazılıqlara səbəb olub.

 7News.Az xəbər verir ki, videonu çəkən şəxs uşağı təpiklə vura-vura "nənən səni hara aparmışdı" deyə sual verir. Aciz körpə isə onun əlində çırpınıb fəryad qoparır. Ürək parçalayan görünütünü izləyən hər kəs hadisənin Azərbaycanda baş verdiyini düşünsə də, həqiqət bir qədər fərqlidir.

Hadisə bir müddət əvvəl İranın azərbaycanlılar yaşayan hissəsində baş verib.

Artıq uşağı vəhşicəsinə döyən şəxsin İran qanunvericiliyinə əsasən cəzalandırlıdığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ