RU
Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü
19:51
1110

Uşaq 12 mərtəbəli binadan yıxılıb öldü

Paytaxtda bədbəxt hadisə baş verib. Azyaşlı uşaq eyvandan yıxılaraq dünyasını dəyişib.

7news.az  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə Abşeron rayonunun Masazır qəsəbəsi “Yeni Bakı” yaşayış sahəsində qeydə alınıb.

Dörd yaşlı Zəhra Bağırova yaşadığı evin eyvanından (12 mərtəbəli binanın 6-cı mərtəbəsindən) yıxılıb və hadisə yerində də dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, artaşdırmalar aparılır.

İyul ayının 25-də Bakıda bənzər hadisə baş vermişdi. Paytaxtın Xətai rayon sakini 2 yaşlı Ümid Ağalı yaşadığı mənzilin eyvanından yıxılmış və yerindəcə dünyasını dəyişmişdi.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ