RU
Uşaq bağçasındakı bu görüntülər tənqid olundu - Video
16:40
143

Uşaq bağçasındakı bu görüntülər tənqid olundu - Video

Azərbaycanda uşaq bağçalarından birində Zəfər Günü ilə bağlı keçirilən tədbirdən görüntülər yayılıb. Görüntülərdə Vətən müharibəsində yaralanmış qaziləri canlandırmaq üçün uşaqların müxtəlif orqanları – ayaqları, başları, qolları sarınıb. Əllərində əsa ilə axsaya-axsaya meydana çıxan uşaqlar qaziləri təmsil ediblər. 

Görüntülər sosial şəbəkədə hiddətlə qarşılanıb. Uşaqların Zəfər Gününü bu şəkildə qeyd etməsi tənqid olunub. 

Həmçinin oxuyun: Ученик XI класса установил рекoрд - Видео

Görüntülərin hansı məktəbəqədər təhsil müəssisəsində çəkildiyi məlum deyil. 

Həmin görüntüləri təqdim edirik:
 


 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ