Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
7News.Az-ın verdiyi xəbərə görə, 11 yaşlı uşaq su kanalına düşərək ölüb. Fevralın 29-da Sabirabad rayonunun Nizamikənd kənd sakini, 1-ci qrup əlil, 11 yaşlı Rəhman Sadıqov evinin yaxınlığından keçən su kanalına yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.








