Azərbaycanda bayram günləri iki nəfər zəhərlənib.
İyulun 6-da Gəncə şəhərində yaşayan azyaşlı Fərid Babazadə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Milli.Az DİN-in saytına istinadən bildirir ki, iyulun 5-də isə Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Əmiraslan Nəzərov dərmandan zəhərlənib.
Faktlarla bağlı araşdırmalar aparılır.
7news.Az








