Estoniyada Böyük Vətən Müharibəsindən qalma tank tapılıb.
7news.az xəbər verir ki, tank bir oğlan uşağının Kurtna Matasjarv gölündə suyun köpükləndiyini görüb böyüklərə xəbər verməsindən sonra tapılıb.
Əraziyə gələn səlahiyyətli şəxslər göldə qazma işləri apararaq su altında olan 30 tondan artıq çəkisi olan böyük dəmir avadanlığı üzə çıxarıblar. Araşdırmalar nəticəsində avadanlığın T34/76A tankı olduğunu üzə çıxıb.
Güman edilir ki, II Dünya Müharibəsi vaxtı tankı sovet əsgərləri orada gizlədib. İnanılmaz olsa da, təxminən, 56 il suyun altında qalan tank zərər görmədiyindən bərpa edilərək istifadəyə yararlı vəziyyətə gətirilib.
7news.az











