Şagird olarkən 3 aylıq yay tətilini boş keçirməməkdən ötrü müəllimlər bizə sinifdən xaric oxu üçün kitab siyahısı verərdilər.
Həmin kitabları yay boyu kitabxanalardan götürüb oxuyardıq ki, dərs başlayanda bizi sınağa çəkən zaman utanmayaq.
Illər keçib həmin yazıçılar da, kitabxanalar da dəyişməyib. Amma dəyişən bir şey var, oxucu kütləsi.
Reallıq budur ki, kitabxana öz oxucusunu axtarır. Paytaxtda baş çəkdiyimiz uşaq kitabaxanalarında da bunu tədiqləyirlər.
Üstəlik bəziləri oxucunu geri qaytarmaq üçün məktəb-məktəb gəzirlər.
Təhsil eksperti Əjdər Ağayev deyir ki, ailədən çox şey asılıdır. Əgər Evlərdə əvvəlki kimi oxu günləri keçirilsə o zaman maraq artar. Amma əsas yük yenə də məktəbin üzərindədir./atv
7news.az








