Suriya vətəndaş müharibəsinin qan çanağında boğulan ölkədir. Bu müharibəyə dünyanın ən müxtəlif ölkələrindən gəlmiş şəxslər terrorçu qismində də qatılıblar.
Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr isə müxalifətçilərin və terrorçuların dağıdıcı qarışıqlıq yaratdıqları bölgələri amansızcasına bombardman edirlər.
7News.Az Daily Mail-ə istinadən bildirir ki, amansız bombardman olunan, yerlə-yeksan edilən belə məkanlardan biri də Suriyanın şimal-qərbindəki Xan Şeyxun şəhəridir.
Atəşkəs zonasına şamil edilsə də, şəhərə sürəkli aviazərbələr endirilir. Son aviazərbədə 6 nəfər həlak olub. Onların beşi uşaqlardır.
Fotoda gördüyünüz bombardmanda həlak olmuş anasının xarabazar altında qalmış cəsədini qucaqlayıb, donub qalıb.
7News.Az













