Türkiyədə 6 aylıq hamilə qadın həyat yoldaşı tərəfindən vəhşicəsinə öldürülüb.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Konyada 6 aylıq hamilə olan 35 yaşlı Sadifə Yüzər azyaşlı 3 uşağının gözü önündə həyat yoldaşı Əli Rıza Yüzər tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.
Həyat yoldaşını öldürdükdən sonra Əli Rıza Yüzər polisə zəng vuraraq törətdiyi qətli etiraf edib.
O, polisə ifadəsində törətdiyi cinayətdən peşman olmadığını bildirib.
Cütlüyün 9-12 yaş arsında olan 3 övladı uşaq evinə yerləşdirilib.








