Uşaqlarını öldürməyə çalışan cütlük bacı-qardaş çıxıb.
7News.Azxarici mətbuata istinadla xəbər verir ki, İngiltərənin Şeffild şəhər məhkəməsində 35 yaşlı Sarah Barrass ilə 39 yaşlı Brandon Machin-ə hökm oxunub.
2 uşaqlarını öldürüb, digər 4-nü zəhərləməyə çalışan valideynlərə ömürlük həbs cəzası verilib. Onlar bundan sonra minimum 35 il müddətində cəzaçəkmə müəssisəsində qalacaqlar.
Məhkəmədə cütlüklə bağlı dəhşətli fakt aşkarlanıb. Belə ki, Brandon Saranın ögey qardaşı və 6 uşağının atası imiş.
Məhkəmədə cütlüyün ifadəsini eşidən hakim dəhşətə gəlib. O, ikilinin ən ağır şəkildə cəzalandırılmasını tələb edib.
7News.Az cütlüyün və övladlarının fotolarını təqdim edir:


7News.Az








