Rusiyanın Çelyabinsk vilayətində dəhşətli cinayət hadisəsi baş verib.
7News.Az xəbər verir ki, orta yaşlı kişi qapısı bağlı olan maşındakı azyaşlı uşaqlarının gözü qarşısında arvadını bıçaqlayıb.
Hadisə şahidinin çəkdiyi kadrlarda uşaqların ağlamaq səsi gəlir. Kadrların müəllifi isə cəsədə yaxınlaşaraq deyir:
"Bu da son, nəfəs almayan cəsəd. İki uşaq maşındadır, balacadırlar..."
Qatil isə əlindəki bıçağı kolluğa tullayaraq, maşına tərəf yollanır.
Son məlumatlara görə, şübhəli şəxs saxlanılıb. Uşaqlar hadisə qurbanının anasına verilib.
Cinayətlə bağlı "xüsusi amansızlıqla qətl" maddəsi üzrə iş açılıb. (publika.az)
7News.Az








