RU
Uğursuz plastik əməliyyat aktrisanı bu hala saldı
21:00
867

Uğursuz plastik əməliyyat aktrisanı bu hala saldı

Hollivudun tanınmış aktrisalarından olan Tara Reidin son görüntüsü təəccübləndirib.

Uşaqlıqdan kamera qarşısında olan aktrisa "The Big Lebowski" ("Böyük Lebovski") və "Amerikan piroqu" ("American Pie") filmləri ilə məşhurlaşıb. O, son dövrlər arıqlığa və plastik əməliyyatlara həddindən artıq meyl etməsi ilə gündəmə gəlir. Çox arıqlayan aktrisa gənc qızlara pis örnək olduğu üçün hər zaman tənqid olunub.

Keçən həftə oğlan dostuyla Los-Anceles çimərliklərindən birində görünən Taranın görüntüsü də uğursuz əməliyyatların nəticəsidir. Onun qarın və baldırlarında dərinin büzüşərək pis forma alması paparassilərin obyektivindən yayınmayıb.

40 yaşı bu yaxınlarda olacaq aktrisanın ideal bədən formasından tez düşməsini özünün səhvləri ilə əlaqələndirirlər. /Axşam

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ