Sinəsinin quruluşunu dəyişmək istəyən qadının xəyalları suya düşüb.
İki dəfə sinə əməliyyatına girən qadının sinəsi hazırda eybəcər forma alıb.
Danielle adlı qadın İngiltərənin "E! TV" kanalında yayımlanan "Botched" (Uğursuz əməliyyatlar) verilişinə müraciət edib.
O bildirib ki, hazırda sinəsi o qədər dəyişib ki, bədəni insan bədəninə bənzəmir.
"Birinci sinə əməliyyatım çox uğurlu keçmişdi, hər hansı narazılığım yox idi. Amma indi dərman kapsullarına bənzəyir", - Daniella söyləyib. O, əməliyyatdan sonra bir müddətlik hər kəsdən uzaqlaşdığını, depressiyaya düşdüyünü dilə gətirib.
Qeyd edək ki, Daniella ailəlidir, bir övladı var.
7News.Az











