RU
Uğurun sizin köməyinizə ehtiyacı var!
19:15
385

Uğurun sizin köməyinizə ehtiyacı var!

Diaspor.az Xəbər saytna göndərilən məktubu olduğu kimi oxuculara təqdim edirik.

Salam mən Hüseyinəliyev Mais Əlixan oğlu Xərçəng xəstəliyindən əziət çəkən 11 yaşlı oğlum Hüseyinəliyev Uğuru müalicə etdirməkdə əlacsız qaldığım üçün sizin vasitənizlə ilk öncə dövlətimizə sonra isə imkanlı şəxslərə müraciət etmək qərarına gəldim. Artıq 5 ildir ki oğlumu banklardan kredit götürərək müalicə etdirirəm . Qeyd edim ki , 2014 ci ildə Heydər Əliyev fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya məktub ünvanlamışıq və Mehriban xanım məsələ ilə bağlı Tovuz rayon İ/H Başçısına məsələni diqqətə saxlamasını və yardımçı olmasaını tapşırıb . İcra başçısı bizi qəbul edərək bir dəfə 1000 azn yardım etdi daha sonra heç bir yardım və diqqət görmədik . Bir daha müraciət etsəkdə nə icra hakimiyyətində nədə ki , səlahiyyətli şəxslər bizi dinləmədi əksinə olaraq bizi kobud şəkildə icra hakimiyyətindən uzaqkaşdırdılar .Artıq əlacsız qaldığım üçün dekabrın 26 dan işləmək üçün Moskvaya gəlmişəm .Son olaraq qeyd edim ki, uşaq 3 aydır müalicə ala bilmir sizdən xaiş edirəm səlahiyətiniz cərcivəsində bizə yardım edəsiniz.

diaspor.az olaraq bizdə məsələni diqqətdə saxlayacağıq .Səlahiyyətli şəxslərdən bu əlacsız ailəyə yardımçı olmağı xaiş edirik .

Xəstə uşağın adı — Hüseyinəliyev Uğur Mais oğlu

Anası — Hüseyinəliyeva Xatirə Yusif qızı

Atası — Hüseyinəliyev Mais Əlixan oğlu

Ünvan Tovuz rayonu Aşağı Öysüzlü kəndi

Əlaqə nömrəsi : 050 896 50 63 (uşağın anası)

050 985 40 26(uşağın nənəsi)

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ