7NEWS.az xəbər verir ki, Hindistanda tədqiqatçılar gözlənilmədən 150 ildən artıqdır qeydə alınmayan canlı ilə qarşılaşıblar. Onlar bir qayanın arasında gizlənən böyük bir xərçəng görüblər. Bu xərçəng, dünyanın ən böyük quru buğumayaqlısı olan kokos xərçəngi kimi tanınan "Birgus latro"dur.








