Səfir Andrey Karlovu öldürən silahlı Müvlet Mert Altıntaşın niyə sağ ələ keçirilmədiyi ilə bağlı suallara Türkiyə hüquq-mühafizə orqanları cavab verib.
7news.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hüquq mühafizə orqanlarındakı mənbə Altının niyə öldürüldüyünə aydınlıq gətirib.
Mənbə bildirib ki, silahlının öldülüməsəyədi rus səfir hadisə yerində dünyasını dəyişəcəkdi. Çünki silahlı səfirə bir neçə dəfə atəş açdığı üçün ağır yaralanıb. «Atəş yaxın məsafədən açılmışdı. Qan itidiyi üçün tez xəstəxanaya çatdırılmalı idi. Atəş Amma səfiri vuran Altıntaş onun yanından çəkilmirdi. Ona görə də silahlı öldürüldü».
Mənbə həmçinin onuda qeyd edib ki, sui-qəsdçi «Mənim burdan ölüm çıxar»,- kimi süarlar səsləndirib.
Qeyd edək ki, silahlı şəxs Rusiya səfirinə 8 güllə vurub. Səfir xəstəxanaya çatdılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
![]()
![]()








