Yüzlərlə istifadəçiyə və sayta ciddi zərər vuran tələbənin kimliyi məlum olub.
Bir neçə gündür ki, 'erməni xakkeri' ləqəbilə bilinən zərər verici xakker Azərbaycanlı çıxdı. Onun kimliyinin müəyyən olunması üçün müəyyən tədbirlər görüldü və nəticədə adı,soyadı,oxuduğu universitet, IP adresi və mobil nömrəsi əldə edildi.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.Maddəsinə əsasən, rəsmi dövlət orqanlarının və ya Azərbaycan Diplomatik Akademiyasının rəsmi şəxslərinə tələbənin adı,soyadı,mobil nömrəsi, IP adresi və əldə olunan bütün materiallar təqdim edilməyə hazırdır.
Zərər çəkmiş saytın rəhbərliyindən aldığımız məlumatları eynilə sizlərə çatdırırıq. Mütləq oxuyun !
"İlk öncə onu qeyd etmək istərdim ki, dövlətimizin günü-gündən çox sürətlə inkişaf etdiyi hamımıza məlumdur. Bu səbəbdən də, bir çox universitetlərdə Komputer Elmləri üzrə təhsil alan tələbələrimizdə artmaqdadır. Lakin, öyrəndikləri texnologiyaları düzgün məqsədlərdə istifadə etməyən, N.N. kimi gənclərimizdə çoxdur. Bu hal məni çox məyus edir. Bir Proqramlaşdırma mütəxəssisi cəmiyyətə faydalı olan layihələrdə də iştirak edə bilər, eyni zamanda cəmiyyətə kütləvi şəkildə zərər də vura bilər. Əldə etdiyimiz maddi sübutları və məlumatları KİV Haqqında Azərbaycan Respublukasının Qanununun 1.Maddəsini əsas gətirərək ictimaiyyətlə bölüşürəm. Fəaliyyətə başladığımız ilk gündən etibarən, artıq istifadəçilərimizin sayı yüzü keçmişdi. Bir neçə gün öncə, daha dəqiq desək, 19.01.2017 tarixində aşağıda 1 və 2 rəqəmilə işarələnmiş şəkildə görəcəyiniz kimi, saat 15:30 radələrində 'nna***' adlı istifadəçi sistemimizdə qeydiyyatdan keçir və saytın qaydalarına zidd olmasına baxmayaraq xallarını süni şəkildə müxtəlif zərər verici kodlarla artırır və azaldır. Daha sonra bununla kifayətlənməyib, aşağıda 3 rəqəmilə işarələnmiş şəkildə görəcəyiniz kimi, IP adresinin ələ keçəcəyindən qorxduğu üçün, saytımızda olan yüzlərlə istifadəçinin hesablarını silir və bunun ardından, bir nəfər şəxs təhqir edici bir istifadəçi adı ilə yeni bir hesab açır. Biz o andan etibarən saytın fəaliyyətini dayandırmaq məcburiyyətində qaldıq və dərhal bərpa etmə işlərinə başladıq. Dünən günorta saatlarında saytı yenidən bərpa edə bildik. Səbəbini bilməsəkdə, dünən axşam saat 22:10 radələrində 4 və 5 rəqəmilə işarələnmiş şəkildə görəcəyiniz kimi 'nnazar' yenidən qeydiyyatdan keçərək və süni şəkildə saniyə rekordlarını qıraraq ilk sıralara yüksəlir. Lakin, bu dəfə onun IP adresini və mobil nömrəsini, O istifadəçi hesablarını silmədən ələ keçirməyə müvəffəq olduq. Aşağıdakı mavi-yaşıl enli xəttli şəkildə gördüyünüz kimi, onun IP adresi Sumqayıt şəhərində olduğunu göstərir. Onun mobil nömrəsi vasitəsilə isə, 'hər kəsə açıq' olan Facebook profilini tapdığımız zaman məyus olduq. Məyus olmağımızın səbəbi, onun Azərbaycan Diplomatik Akademiyasının Komputer Elmləri fakultəsinin (yazdığına görə) tələbəsi olması idi. Belə gözəl universitetin tələbəsi olduğu halda və orada dövlətimizin yaratdığı şəraitdən faydalanaraq mükəmməl biliklərə yiyələnib və xeyriyyə məqsədi daşıyan bir sayta ciddi ziyan vurması bizi məyus etdi. Bütün bunları etməsinə baxmayaraq biz istifadəçilərimizə əlimizdən gələn köməkliyi göstərərək, vəziyyətdən çətinliklədə olsa çıxdıq. Lakin, artıq nüfusumuza xələl gəldiyi üçün insanlar bizə ilk gündə olduğu kimi güvənmirlər. Biz 'zərər verici xakkerin' gənc olması səbəbilə, rəsmi qaydada heç bir dövlət orqanına şikayət etmədik. Ancaq belə əhəmiyyətli məsələni ADA rəsmilərindən, eləcədə insanlardan gizlədə bilməzdik. Çünki, baş verənləri və onlara dəymiş zərərin səbəbini bilmək onlarında haqqıdır. Onuda qeyd etmək istərdim ki, 'gənc xakker' bütün bu əməllərilə, aşağıda göstərilən Azərbaycan Respublikasının Qanunlarını kobudcasına pozmuşdur."
AZƏRBAYCAN RESPUBLİKASININ
Haqsız rəqabət haqqında qanununun; 1.Maddəsi.
Kibercinayətkarlıq haqqında qanununun; 2., 4., 5., 7. və 8.Maddəsi.
Qarşı tərəfində mövqeyini yayınlamağa hazırıq./mmsd.az
7news.Az
ADA'nın tələbəsinin
günahsız olduğu məlum oldu! N.N ilə bağlı xəbər TƏKZİB EDİLDİ !!!
Qarşı tərəfin mövqeyini sizlərlə paylaşırıq. Tamamilə başqa
biri var imiş ortada !!!
Bu gün Onun barəsində yazdığımız xəbəri oxuyan N.N məsələdən
xəbərsiz olduğunu bildirib. Mənbədən bizə verilən məlumatı, yenəolduğu
kimi sizlərlə bölüşürük.
"19.01.2017 tarixində saytımızda qeydiyyatdan keçən ADA
universitetinin tələbəsi ilə nəhayət ki, telefonla əlaqə saxlaya bildik. Onun
saytımızda qeydiyyatdan keçdiyi doğrudur. Lakin, N.Nbizə bildirdi ki,
oheç bir zərər verici kod yazmayıb və olanlardansonradan xəbər
tutub. Bizdə öz növbəmizdə şəxsin tələbinə əsasən, araşdırmalara yenidən
başladıqvə onun özündən aldığımız məlumatları nəzərdən keçirib belə qənaətə
gəldik ki,həqiqətən saytda oyunçuların hesablarını N.N silməyib, sadəcə
olaraq başqa birisi onun hesabının şifrəsini təxmin edərək, onun profilindən
istifadə etməklə, bizə onun etdiyini düşündürəcək texniki dəlillər
buraxıb arxasında. Lakin, təəsüflər olsun ki,"işi" onun üstünə
yıxmağa çalışan və yüzlərlə insana zərər vuran şəxsin kimliyi hələki məlum
edilməyib. Tələbənin günahsız olduğunu və yaydığımız məlumatları təkzib
etdiyimizi ictimaiyyətlə bölüşmək istədik."
Saytın rəhbəri Orxan Fərəcov ilə N.N qarşılıqlı razılığa gəliblər
və anlaşılmazlıq aradan qalxıb.
Bütün bunlardan ötrüməsuliyyət daşıyan şəxsin kim
olduğunun müəyyən edilməsi üçün, komanda əllərindən gələni edəcəklərini
bildirib.
Qarşı tərəfin mövqeyini paylaşmağa hazırıq.