RU
Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı - Proqnoz
21:45
639

Vahid Ələkbərovdan neftin qiyməti ilə bağlı - Proqnoz

"2017-ci ilin birinci yarısında neftin bir barrelinin qiyməti hasilatın azaldılması ilə bağlı razılığa əsasən 50-60 dollar diapazonunda olacaq”.

7news.Az xəbər verir ki, bu barədə "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov "Rossiya 24” telekanalının efirində çıxışı zamanı bildirib.

"Əminəm ki, yaxın zamanlarda 50-60 dollar səviyyəsi reallaşacaq. Daha sonra, cari ilin ikinci yarısında hər şey dünya birjasının bu tədbirlərə reaksiyasından asılı olacaq”, - deyə şirkət rəhbəri söyləyib.

Bundan əlavə o, son iki il ərzində yığılmış ehtiyatların azaldığını nəzərə alaraq yeni obyektlərin istismara verilməsini istisna etməyib.

V. Ələkbərovun fikrincə, OPEK-ə üzv bütün ölkələr hasilatın azaldılmasına dair müqavilələrin müddəti bitdikdən sonra da öz öhdəliklərini yerinə yetirəcəklər.

Onun sözlərinə görə, Rusiyanın bütün neft şirkətləri 2017-ci il yanvarın 1-dən etibarən hasilatın azaldılması ilə bağlı öhdəliklərini yerinə yetirirlər.

Xatırladaq ki, Azərbaycan da daxil olmaqla Səudiyyə Ərəbustanı, İraq, Küveyt, Qazaxıstan və digər dövlətlər neft hasilatının həcminin azaldılmasını razı olublar.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ