RU
“Vaksin vurulmadı, intihara cəhd etdim” dedi, yalan çıxdı
13:20
321

“Vaksin vurulmadı, intihara cəhd etdim” dedi, yalan çıxdı

Bakıda 31 yaşlı qadın ona COVID-19 vaksini vurulmadığı üçün intihara cəhd etdiyini bildirib.

7News.Az xəbər verir ki, bununla bağlı Salyan rayon sakini, 1991-ci il təvəllüdlü S.Ə. polisə müraciət edib. O qeyd edib ki, 2 saylı şəhər poliklinikasında həkim tərəfindən ona vaksin vurulmamasına görə qollarını kəsib.

Araşdırma zamanı isə onun intihara cəhd etdiyi təsdiq olunmayıb. Qadın ona vaksin vurulduqdan sonra artıq şikayətinin olmadığını bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ