Vaksinasiya üçün randevunun götürülmə qaydası açıqlanıb.
APA-nın məlumatına görə, bu barədə COVID peyvəndi üçün randevu götürülməsi təlimatında əksini tapıb. Bildirilib ki, "randevu.its.gov.az" saytından qeydiyyatdan keçmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və FİN məlumatını daxil edilir. "Tibb müəssisəsi” bölməsindən vaksinasiya aparılan məntəqənin adını həm ünvana, həm də məntəqə adına görə axtarmaqla seçim edilir. Məntəqə seçimindən sonra peyvənd olunacaq tarix və saat seçilir, həmçinin məlumatlandırma üçün mobil nömrə qeyd olunur. Təsdiq edtdikdən sonra mobil nömrəyə SMS vasitəsi ilə bildiriş göndərilir.
Təlimatda qeyd edilib ki, vətəndaş qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Məlumata əsasən, gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir.








