Bu gün dünyanı maraq dairəsinə cəlb edən koronavirus pandemiyası çox təhlükəli bəlaya çevrilib. Hər bir dövlət pandemiyaya qarşı mübarizədə olduqca önəmli tədbirlər həyata keçirir. Yüksək yoluxucu qabiliyyətinə malik olan bu virus 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamışdı və bütün dünyanı əhatə etmişdi. Zərərli vərdişləri olan, 65 yaşdan yuxarı olan və s. kimi xüsusiyyətləri ilə seçilən şəxslər bu xəstəliyi ağır formada keçirir və onlar arasında ölüm faizi yüksək olur..Azərbaycan Respublikasında isə bu virus 2020-ci il 28 fevral tarixindən vətəndaşların ilkin yoluxmaları qeydə alınmışdır. Ölkəmizdə virusun yayılmasının qarşısını almaq üçün mühüm işlər görülüb,bu iş davam etdirilir və etdirilməkdədir..Respublikamızda pandemiyanın yayılmasının qarşısını almaq üçün ciddi karantin rejimi tətbiq olunurdu, modul tipli tibb müəssisələri qurulmuşdu, tibbi maska istehsal edən müəssisələr yaradılmışdı. Pandemiyanın yayılmasının qarşısını almaq üçün təkcə dövlət deyil, hər bir vətəndaş qətiyyətlə mübarizə aparmalıdır.Bu sahədə bir nəfərin məsuliyyətsizliyi, səhlənkarlığı, yüzlərlə, minlərlə insanın virusa yoluxmasına gətirib çıxarar. Tibbi maska taxmaq, sosial məsafə gözləmək, gigiyenik qaydalara riayət etmək hazırkı şəraitdə virusdan qorunmağın yeganə yoludur.Bununla biz həm özümüzü, həm ailəmizi, həm də xalqımızı virusdan qoruya bilərik.
Koronavirus peyvəndi pandemiyadan çıxış yoludur. Peyvənd edilən şəxs həm özünü, həm də ətrafdakı insanları qoruyur. Koronavirus vaksinləri yəni peyvəndlər Avropadakı səlahiyyətlilər tərəfindən ciddi şəkildə sınaqdan keçirilib.Az sayda insanların şikayətləri olur ki bu da peyvənd olunan zaman qolunda qızartı, şişlik, dərinin istiləşməsi və ya ağrı baş verə bilər. Bunun xaricində baş ağrısı, halsızlıq və hərarət kimi şikayətlər meydana gələ bilər. Bu kimi şikayətlər bədənin vaksinə normal cavabıdır. Bu şikayətlər həyəcan verici deyil və olacaq öz -özünə keçir. Ancaq peyvənddən sonra bir müddət bütün maska, məsafə və təmizlik tədbirlərinə riayət etmək lazım gəlir. Əhalinin böyük bir hissəsi Covid-19 əleyhinə peyvənd olunaraq peyvənd olunarsa, xəstəliyin başqalarına ötürülməsi azalda bilər.
Peyvənd nə zaman vurulmur sualına cavab versək – Hələ də koronavirus xəstəliyindən əziyyət çəkənlərə, qripə yoluxanlara və ya hərarəti soyuq olanlara peyvənd edilməməlidir. Bu vəziyyətdə olan xəstələr, peyvənd vurulmazdan əvvəl sağlamlıqlarının bərpasını gözləməlidirlər. Eyni qayda karantində olan insanlar üçün də keçərlidir. Bu insanların əvvəlcə karantin müddətini doldurması və peyvənd alması ancaq koronavirus olmadığını başa düşdükdən sonra mümkündür. Həkimlər, insanların peyvənd edilməsinə mane ola biləcək başqa bir xəstəliyə sahib olub olmadığını da qiymətləndirirlər.
1)"Sinovac” peyvəndinin məqsədi virusa yoluxanda xəstəliyi yüngül keçirməkdir: Peyvənd vurdurmaq o demək deyil ki, virusa yoluxmayacağıq. Virusa yoluxanda əgər 2 doza peyvəndin varsa, yüngül keçiririk və sağalırıq.Yoluxanda bir neçə gün, hətta bir həftə qızdırma ola bilər, amma peyvənd olunubsansa, ağ ciyərlərdə ciddi dəyişiklik, problem yaranmır. Xəstəxana şəraiti tələb olunmur və ölümcül olmur. Hətta virusa yoluxan şəxsin yanaşı xəstəliyi olsa belə, peyvənd vurdurubsa, ağır keçirmir.
2)Pfizer insanların COVID-19-dan xəstələnməsinin qarşısını ala biləcək bir peyvənddir. Adətən 3-6 həftə aralığında tətbiq olunan iki doz tələb olunur.
Bir -birindən aralığında tətbiq olunan iki doz tələb olunur. Xüsusi hallarda bu müddət daha uzun ola bilər. Pfizer COVID19 peyvəndi heç bir canlı virusa malik deyil və sizi COVID-19 ilə yoluxdura bilməz.
3)Buster peyvəndin gücləndirici dozasıdır. Peyvəndin buster dozası immuniteti gücləndirir və bununla da peyvəndin təsirliliyini artırır. Yaşı 50-dan yuxarı olanlara və immuniteti zəif olan şəxslərə tövsiyə edilir.Xarici ölkələrdə hətta Busterpeyvəndini vurulmasına başlanılıb.Xarici ölkələrdə Buster peyvəndini qəbul edən şəxslər nadir hallarda yan təsirlərinin olması haqda məlumat veriblər və ya ictimaiyyətə informasiya çatdırıblar.Buster dozasının istifadəsi ilkin dozadan 6 ay keçmiş risk qruplarına aid olan şəxslər üçün əhəmiyyətlidir.
.Hər vətəndaş tibbi maskalardan istifadə etsə,gigiyenik qaydalara riayət etsə Covid-19 un qarşısını ala bilərik.İlk öncə də peyvənd olmaq lazımdır ki,nə biz yoluxaq yoluxsaq da ağır vəziyyətlərə düşməyək.Nə də başqalarını yoluxduraq.Bu sadalananlara riayət olunsa tezliklə inanıram ki,Karonavirus bəlası tezliklə bitəcək və bu virusun qarşısını ala biləcəyik.
Azərbaycan Dillər Universiteti
Humay Muradova








