"Heç bilmirəm bu gün nə günüdür, heç mənimçün maraqlı da deyil. Mənimçün sevgililər günü 8 Mart qadınlar bayramıdır”.
Bunu müğənni Əli Mirəliyev"Bu günkü "Sevgililər günü"nü qeyd edirsinizmi?” sualını cavablandırarkən deyib.

Əli Mirəliyev daha sonra bunları bildirib:
"Bunu hardan çıxarıblar, kimlər çıxarıb onu da bilmirəm. Deyirlər ki, Valentin günüdür, belə Valentinin də atasına lənət, Kolyanın da, Putinin də. Mən elə bayram tanımıram. Mənim bayramım Novruz bayramıdır. Fransız, ingilis, rus kimdir ki, mən onun bayramını qeyd edəm. Utanmırlar, rusun, ingilisin, fransızın bayramın qeyd eliyirlər. Düşünmürlər ki, onlar kimdilər axı biz onların bayramını qeyd edək. Allah vurmuşdu onları!”//moderator
7News.az








