RU
Valideynlər, məktəb heyəti va şagirdlər tərəfindən yolverilməz davranış nümunələri hazırlanıb
18:15
20

Valideynlər, məktəb heyəti va şagirdlər tərəfindən yolverilməz davranış nümunələri hazırlanıb

Valideynlər/qanuni nümayəndələr, məktəb heyəti va şagirdlər tərəfindən yolverilməz və hüquqi məsuliyyət yarada bilan davranış nümunələri hazırlanıb.

7NEWS.Az xəbər verir ki, həmin davranış nümunələri aşağıdakılardır:
- Alçaldıcı, təhqiredici va hədələyici ünsiyyətə yol vermək
- Məktəb fəaliyyətinə və tədris prosesinə mane olan davranış nümayiş etdirmək
- Bədən xəsarəti yetirmək və ya xəsarət yetirməklə hədələmək
- Əmlaka ziyan vurmaq və ya ziyan vurmaqla hədələmək
- Radikal dini va siyasi baxışları təbliğ etmək
- İctimai şəkildə alçaldıcı və təhqiredici şərhlər etmək
- Məktəb ərazisində və ya onun yaxınlığında içki içmək, siqaret çəkmək, kobud va ya təhqiramiz ifadələrdən istifada etmək və ya digər antisosial davranışlara yol vermək
- Akademik nəticələri saxtalaşdırmaq, həmçinin şagirdə xüsusi münasibət göstərilməsi üçün pul, hədiyyə və xidmət təklif etmək, yaxud bu təklifi qəbul etmək.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ