Xarici mətbuatın araşdırması nəticəsində məlum olub ki, Youtube-də cizgi filmləri və animasiyaların arasına əxlaqsız videolar da yerləşdirilib.
Belə ki, The Sun-ın məlumatına görə, uşaqlar animasiya və cizgi filmləri izlədikləri zaman əlaqəli əxlaqsız videolar da ekranda peyda olur. Bu da uşağın diqqətini çəkərək videoya girməsinə şərait yaradır.
Bunun qarşısını almağın tək yolu isə uşaq üçün ayrıca öz yaşının qeyd olunduğu Youtube hesabı açmaqdır. Çünki yaşı 18-dən az olanların Youtube hesabında əxlaqsız videolar açılmır. Lakin yaşı 23-dən çox olan şəxslərin Youtube hesabında istənilən cür erotik video ilə rastlaşmaq mümkündür.
7news.Az








