Amerikada harada olduğu tam olaraq bilinməyən bir yerdən Facebook-la canlı yayımda iki bacı-qardaş valideynlərini biabır ediblər.
7News.az haberler.com-a istinadən bildirir ki, onlar həddindən artıq dozada narkotik qəbul edən ana-atalarının "hallı" görüntülərini canlı yayımla bütün dünyaya yayımlayaraq biabır ediblər.
İzləyən hər kəsin qanını donduran görüntülərdə qız: "Ana, qalx!" - deyə səslənərkən ananın ona reaksiya verməyə belə gücü olmadığı açıq-aşkar sezilir.
Oğlan isə oturan atasına: "Uşaqlarının yanında bunu etməməli idilər", - qışqırır.
Bacı-qardaşın videoda eşidilən danışıqlarından onların valideynlərini bu halda ilk dəfə görmədikləri də hiss olunur.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










