RU
Valyutadəyişmə məntəqəsinə hücum
09:43
521

Valyutadəyişmə məntəqəsinə hücum

Sahibi vuruldu, küli-miqdarda pul aparıldı.

Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.

Hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan, 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub. Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

K. Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ