Dollar dəyişmədi, avro ucuzlaşdı.
Dekabrın 27-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 26-sı ilə müqayisədə dəyişməyərək 1,7622 manatda qalıb, avro/manat məzənnəsi isə 1,8400 manata düşüb.
7news.Az Marja-ya istinadən xəbər verir ki, dekabrın 26-da 1 dollar 1,7622 manata, 1 avro isə 1,8438 manata bərabər idi.
Qeyd edək ki, USD/AZN rəsmi məzənnəsi bu ilin 25 may tarixində 1,4900 səviyyəsinədək düşmüş, 23 dekabr tarixində isə 1,7622 səviyyəsinədək qalxmışdır.
Qeyd edək ki, bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracının keçiriləcəyi gözlənilir. Hərraca çıxardılan dolların artırılaraq məzənnənin yüksəlməsinə müdaxilə edilib-edilməyəcəyi izlənilir.








