RU
12:10
546

"Van Persi bir daha görməyəcək" - İngilislərdən ŞOK iddia - FOTOLAR

İngiltərənin məşhur "The Sun" qəzeti inanılmaz iddianı ortaya atıb.

İngilislər "Akhısar Belediyyespor"la oyunun 37-ci dəqiqəsində zədələnərək meydanı tərk edən Robin van Persinin bundan sonra görməyəcəyini iddia ediblər. "The Sun"ın əməkdaşları Persinin ikili toqquşma zamanı ciddi xəsarət aldığını, onun gözünün daxilində yırtıq əmələ gəldiyini yazıblar.

Bu iddialara cavab olaraq "Fənərbağça" klubunun həkimi Burak Kunduracıoğlu açıqlama verib: "Robin van Persinin gözündə ciddi bir problem yoxdu. Onun sol gözünün görməyəcəyi barədə iddialar əsassızdı".

7News.az





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ