RU
Van Qal qovuldu, Mourinyo gəlir
15:21
1279

Van Qal qovuldu, Mourinyo gəlir

"Mançester Yunayted" baş məşqçisi Lui van Qalla yollarını ayırıb.

7News.az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Mançester təmsilçisi 64 yaşlı mütəxəssislə müqaviləni ləğv edib.

Bu səbəbdən "qırmızı şeytanlar"ın hollandiyalı mütəxəssisə 6,5 milyon avro təzminat ödəyəcəyi bildirilir. Van Qalı "Çelsi"nin sabiq çalışdırıcısı Joze Mourinyonun əvəzləyəcəyi gözlənilir.

Britaniya mətbuatının yazdığına görə, Mourinyo "Mançster Yunayted"lə 5 illik müqavilə imzalayacaq və portuqaliyalı mütəxəsiss yeni komandasında ilinə 15 milyon avro qazanacaq.

Qeyd edək ki, 2014-cü ildə "Mançester Yunayted"lə 3 illik müqavilə imzalayan van Qalın komandası ötən mövsüm Premyer Liqada 5-ci olsa da, Federasiya kubokunu qazanıb. Onun komandadan göndərilməsi ilə bağlı xəbərin rəsmən açıqlanacağı gözlənilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ