7NEWS.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 7,1 bal gücündə zəlzələnin Sakit Okeandakı bir qrup ada olan Vanuatunun Tanna adasında Isangeldən 123 kilometr cənubda baş verdiyini bildirdi. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib. Təxminən 49 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi ilə bağlı hələlik açıqlama verilməyib.
7NEWS.az








