"Vardanyan kimi binamusun, şərəfsizin, terrorçunun fəaliyyəti birmənalı şəkildə bəlli məqsədlərə hesablanıb və sifariş xarakterlidir. Çünki bu adam heç bir zaman öz ağlı ilə hərəkət etməyib, həmişə əmr qulu olub və bu gün də öz yaramaz xislətinə uyğun hərəkətlər edir, açıqlamalar verir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Diqqət edin, Vardanyan o zaman ortalığa çıxır ki, ona tapşırıq gəlir. Yəni, bu caninin aktivliyi də daimi və mütəmadi deyil. Ancaq düyməyə basılanda danışır, sərsəmləyir, özünü reklam edir.
Hazırda vəziyyəti gərginləşdirməyə çalışan, sülhün əldə olunmasına əngəl törədən qüvvələr bir həqiqəti anlasınlar və qulaqlarına sırğa eləsinlər: Heç bir sifarişçinin, heç bir icraçının, heç bir təlimatçının əməli, təxribatı Azərbaycanı öz haqlı mövqeyindən döndərə bilməz. Biz qalib dövlətik və həmin qalibiyyət əzimini sonsuza qədər qoruyub saxlamaq qüdrətindəyik.” - deyə Partiya sədri fikirlərinə davam edib
"Vardanyan kimi binamusun, şərəfsizin, terrorçunun fəaliyyəti birmənalı şəkildə bəlli məqsədlərə hesablanıb və sifariş xarakterlidir. Çünki bu adam heç bir zaman öz ağlı ilə hərəkət etməyib, həmişə əmr qulu olub və bu gün də öz yaramaz xislətinə uyğun hərəkətlər edir, açıqlamalar verir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Diqqət edin, Vardanyan o zaman ortalığa çıxır ki, ona tapşırıq gəlir. Yəni, bu caninin aktivliyi də daimi və mütəmadi deyil. Ancaq düyməyə basılanda danışır, sərsəmləyir, özünü reklam edir.
Hazırda vəziyyəti gərginləşdirməyə çalışan, sülhün əldə olunmasına əngəl törədən qüvvələr bir həqiqəti anlasınlar və qulaqlarına sırğa eləsinlər: Heç bir sifarişçinin, heç bir icraçının, heç bir təlimatçının əməli, təxribatı Azərbaycanı öz haqlı mövqeyindən döndərə bilməz. Biz qalib dövlətik və həmin qalibiyyət əzimini sonsuza qədər qoruyub saxlamaq qüdrətindəyik.” - deyə Partiya sədri fikirlərinə davam edib.








