RU
Varşavada Dağlıq Qarabağ müzakirəsi
14:30
1831

Varşavada Dağlıq Qarabağ müzakirəsi

“Bütün böyük sammitlərdə olduğu kimi, bu dəfədəki samittdə də Azərbaycan Prezidentinin əsas iki istiqamətdə işi oldu. Birincisi sammitdə Azərbaycanın Prezidenti kimi çıxış etmək,  Azərbaycanın mövqeyini bildirmək,  ölkəmizin  bu sahədə əməkdaşlığının indiki vəziyyətini və perspektivləri barədə məlumat vermək. İkincisi isə  bir sıra ikitərəfli görüşlər keçirmək”.

Polşanın paytaxtı Varşavada keçirilən NATO sammitində ölkə başçısının keçirdiyi ikitərəfli görüşlər barədə məlumat verən Prezident Administarsiyası rəhbərinin müavini Novruz Məmmədov bildirdi ki, bu görüşlərin nəticəsi yaxın vaxtda bilinəcək:

"Dünən ki, gün ikitərəfli görüşlərin keçirilməsi ilə daha çox yadda qalan oldu. Azərbaycan Prezidenti müxtəlif tərəflərin təşəbbüsü ilə, xahişi ilə görüşlər keçirdi. Azərbaycan Prezidentinin dünənki sammitin bir fəaliyyətində ABŞ prezidneti ilə də ayaqüstü görüşü olmuşdu. Bu görüşləri əsas etibarilə Azərbaycan və qarşı tərəflər arsında münasibətlərin vəziyyəti ilə bağlı çox faydalı görüşlər hesab etmək lazımdır. Düşünürəm ki, bunların da  nəticələrini biz yaxın vaxtlarda görəcəyik".

Novruz Məmmədov bildirdi ki, görüşlərin hər birində ölkə başçısı  Dağlıq Qarabağ münaqişəsini xüsusi olaraq müzakirə edib.

"Azərbaycan prezidentinin bütün görüşlərində bununla bağlı geniş fikir mübadiləsi aparılır. Bu görüşlərin hər birində Qarabağ münaiqşəsiniun hıəlli birinci yerdə oldu. Düşünürəm ki, indki vəziyyətdə bu istiqamətdə bütün məsələrin müzakirə edilməsi münaqişəsinin həlli yollarının axatrılması üçün çox vacibdir"./atvxeber

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ