RU
Vasif Talıbov şəhidlərin ailələrinə mənzil hədiyyə etdi
09:48
1636

Vasif Talıbov şəhidlərin ailələrinə mənzil hədiyyə etdi

Mənzillərə mebel avadanlıqları və məişət əşyaları qoyulub.

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisində aprel ayında Füzuli və Tərtər rayonlarında döyüşlərdə şəhid olan mayor Rasim Məmmədov və leytenant Qabil Orucəliyevin ailələrinə yeni mənzillər təqdim olunub.

7News.Az xəbər verir ki, Virtualaz.org-un bölgə müxbiri xəbər verir ki, şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan şəhərindəki yeni yaşayış kompleksində yerləşir.

Tam təmir olunan mənzillərə bütün mebel avadanlıqları və məişət əşyaları qoyulub, lazımi kommunal-məişət şəraiti yaradılıb.

Fotodakı azyaşlı oğlan mayor Rasim Məmmədovun oğludur. İnanırıq ki, hər iki şəhdimizin övladları şəhidlik zirvəsinə yüksələn qəhrəman vətən oğullarının qanını yerdə qoymayacaqdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ