RU
Vasif Talıbovun müavinləri müəyyənləşdi
19:57
555

Vasif Talıbovun müavinləri müəyyənləşdi

Bu gün V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri seçilib.

7news.az  APA-ya istinadən xəbər verir ki, 10 saylı Şərur şəhər Seçki Dairəsindən deputat Azər Zeynalov Ali Məclis sədrinin I müavini, 21 saylı Məzrə Seçki Dairəsindən deputat Mirhəşim Seyidov isə Ali Məclis sədrinin müavini seçilib.

Qeyd edək ki, IV çağırış Ali Məclisdə də A. Zeynalov Ali Məclis sədrinin I müavini, M. Seyidov isə Ali Məclis sədrinin müavini olub.

Qeyd edək ki, bu gün sessiyada Vasif Talıbov yenidən Ali Məclis sədri seçilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ