ABŞ-ın Türkiyədəki səfirliyi Vaşinqtonun İŞİD terror təşkilatını dəstəklədiyi barədə Ankaranın səsləndirdiyi ittihamlara sərt cavab verib.
7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfirliyin verdiyi bəyanatda Ankaranın ittihamları rədd edilib.
Səfirlik ABŞ-ın İŞİD-i dəstəkləmədiyini bildirib.
"ABŞ hökuməti İŞİD-i dəstəkləmir və keçmişdə də bunu etməyib. İŞİD-i dəstəklədiyimiz barədə səslənən bəyanatlar düzgün deyil”, - səfirliyin bəyanatında deyilir.
Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan ABŞ-ın başçılıq etdiyi koalisiyanı İŞİD və Suriyada bəzi kürd qruplaşmaları dəstəkləməkdə ittiham edib. Prezidentin sözlərinə görə, Ankara sübutlara - şəkillərə və videoyazılara malikdir.
7News.az








