"National Interest” nəşrinin eksperti Deniel di Petris Şimali Koreyanın ABŞ-ın paytaxtı Vaşinqtona ehtimal nüvə zərbəsinin fəsadlarını qiymətləndirib.
7news.Az-ın xəbərinə görə, müəllif qeyd edir ki, 250 kilotonluq (trotil ekvivalentində) bombanın partlayışı zamanı şəhərdə və onun ətrafında bir milyona yaxın insan zərər çəkəcək (412880 ölü və 412880 yaralı). Vaşinqtonun mərkəzi, o cümlədən Ağ Ev və Kapitoli məhv olacaq.
Öz işində ekspert KXDR-in ötən həftə sınaqdan keçirdiyi raketləri nümunə göstərərək bildirib ki, uçuş məsafəsi 13 min kilometrə çatan silahla ABŞ-ın istənilən nöqtəsinə zərbə endirmək olar.
7news.Az








