RU
Vaşinqtona vacib səfər - Ankara qətiyyətlidir
10:41
416

Vaşinqtona vacib səfər - Ankara qətiyyətlidir

Türkiyə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ölkəyə ekstradisiyası üçün səylərini daha da artırır.

Bu dəfə ədliyyə naziri Bəkir Bozdağ yeni dəlil və sübutlarla Vaşinqtona yola düşüb. Onun amerikalı həmkarı Loretta Linç və digər rəsmilərlə bir araya gələcəyi nəzərdə tutulub.

Hava limanında jurnalistlərin suallarını cavablandıran nazir bir terrorçuya görə Türkiyə-ABŞ münasibətlərinə xələl gəlməyəcəyinə ümidvar olduğunu qeyd edib. Bozdağ ilkin mərhələdə Gülənin 3-cü ölkəyə qaçmaması üçün onun müvəqqəti həbs edilməsini vacib sayır. Heç bir "B” planının olmadığını deyən nazir məsələnin çox açıq olduğunu bildirib. O, Güləni "Əl-Qaidə"nin qətlə yetirilən lideri Bin Ladenlə eyniləşdirib.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ