ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə ziyafət keçirilib.
7NEWS.az xəbər verir ki, Anadolu Ajansı'nın məlumatına əsasən, Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkil etdiyi proqramda ev sahibi Azərbaycan səfiri Hazar İbrahim, o cümlədən Türkiyə səfiri Murat Mercan, ABŞ dövlət katibinin Cənubi Avropa və Qafqaz üzrə müşaviri Erika Olson, bəzi missiya nümayəndələri, Azərbaycan vətəndaşları və Amerikalılar iştirak ediblər.
7NEWS.az








