RU
Vatikanda Osmanlı tarixi dərsləri başladı
15:33
46

Vatikanda Osmanlı tarixi dərsləri başladı


Vatikanın köklü ali təhsil ocaqlarından biri olan Papa Şərqşünaslıq İnstitutunda türk dili dərslərindən sonra Osmanlı tarixi tədris edilməyə başlandı.

7NEWS.az xəbər verir ki, institutu, Dr. Canan Parmaksızoğlu Aksoy tərəfindən verilən Osmanlı tarixi kursları ilə bu sahədə təhsili genişləndirdi. Dr. Aksoy bu yeni kursun məqsədini "Avropada müsəlmanların baxışını və islamofobiyanın doğuşunu, Qərbdə İslam anlayışının əsaslarını və inkişafını, bu qavrayışın Şərq-Qərb münasibətlərinə təsirini izah etmək, tələbələrə tarixə obyektiv baxışın formalaşmasına kömək edir” deyə bildirib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ