1 milyarddan çox istifadəçisi olan vatsapp daha bir yeniliyi təqdim edir. Yenilik istifadəçilərin məlumatlarının oğurlanması riskini minimuma endirir.
Vatsapp mesajlarına yeni şifrələnmə sistemi tətbiq edib. Beləliklə də, istifadəçin göndərdiyi mesaj, şəkil və ya digər informasiyaları ancaq qarşı tərəf oxuya biləcək və 3-cü bir mənbədən bu məlumatların oğurlanması mümkün olmayacaq.
"End to end" adlı yeni şifrələnmə sistemi vatsappın yeniləndiyi bütün smartfon və ya digər vasitələrdə avtomatik işə salınır.
Məlumatların oğurlanma riskini azaldan şifrələnmə sistemi vhatsapın yeni versiyalarında avtomatik işləsə də, onu yoxlamaq mümkündür.
Sosial şəbəkə istifadəçiləri üçün digər bir yeniliyi də "Facebook" təqdim edib. Belə ki, sosial şəbəkənin Live- videoyayım xidməti artıq hərkəs üçün əlçatan olub. Yəni, istifadəçilər telefonu vasitəsilə çəkilən videoları anında sosial şəbəkədə yerləşdirə biləcəklər. Bu barədə Facebookun yaradıcısı Mark Zükerberq öz səhifəsində məlumat verib./xezerxeber
7News.Az








