Gədəbəy rayonunda qəza hadisəsi qeydə alınıb.
7news.az FHN-ə istinadən xəbər verir ki, Arqdam kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol qəza hadisəsi törədib.
Nəticədə avtomobilin mühərrikində elektrik avadanlıqları yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
7news.az








