“Hazırlanmış bir piar idi”.
Əməkdar artist Vəfa Zeynalova tənqid atəşinə tutulan “İlahi məxluq” filmindəki obrazından danışıb.
7News.Az xəbər verir ki, aktrisa “Stop” verilişində bunları deyib:
“Bu, hazırlanmış bir piar idi. Həmin səhnə lentə alınan zaman çəkiliş məkanında heç kəs yox idi. Rejissor belə təklif irəli sürmüşdü ki, mən sıxılmayım. Bu səhnə “immitasiya” idi, reallıq yoxuydu. Hətta o səhnədəNurəddin Mehdixanlının özü də olmayıb. Kamera Nurəddin müəllimin sifətini ayrıca çəkmişdi. Çəkiliş zamanı sadəcə uşaq və mən olmuşam”.








