RU
VƏHŞƏT: İstəyinə “yox” dedi, yataqda öldürdü, boğazını kəsdi, tikə-tikə doğradı, sonra...
14:44
866

VƏHŞƏT: İstəyinə “yox” dedi, yataqda öldürdü, boğazını kəsdi, tikə-tikə doğradı, sonra...

Yola saldığımız odlu-alovlu meymun ili kriminal xəbərlərin sayı, intiharlar baxımdan xeyli "zəngin” oldu. İntihar, ya da cinayət xəbəri yazmadığımız bir gün keçirmədik, desək, heç yalan olmaz. İnsanlar çıxış yolunu intiharda tapdı, kişilər qadınların qanına susadı, bəzi cinayətlərin isə səbəbi bilinmədi.
Say o qədər çox oldu ki, bəziləri unuduldu. Biz ən yadda qalan, unudulmazları topladıq.
Yatdığı yerdə öldürdü
İlin ilk dəhşətli cinayət xəbəri Bərdədən gəldi. Mübahisənin ölümlə nəticələnməsi xəbərlərinə alışmışıq, amma yatdığı yerdə birini öldürmək ağlasığan deyil. Bərdə sakini Zülfüqar Rəhimovanın 33 yaşlı arvadı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlaması eşidən hər kəsi şoka saldı. Bu cinayət isə psixoloji problemlərlə əsaslandırıldı. Z.Rəhimovun öldürdüyü arvadı ilə nikahdan 3 azyaşlı uşağı var.
 
Bacısını bıçaqladı
Yanvar ayı cinayətlərin sayı baxımdan çox yaddaqalan oldu. Yevlaxda musiqi məktəbinin həyətində qardaşı Veys Hüseynov tərəfindən öldürülən piano müəlliməsi Ahu Hüseynovanı unutmamısınız. Qardaş bacısını öldürmə səbəbini başqalarının onun haqqında danışdıqları ilə əsaslandırdı. Məlum oldu ki, Ahu Hüseynova boşanandan sonra onun haqqında dolaşan söz-söhbətlər qardaşın qulağına çatıb. Ahunun qardaşı dəfələrlə ona xəbərdarlıq edib. Nəticəsiz olduğunu görüb, çıxış yolunu onu bıçaqlamaqda tapıb.
Xatırlatmaq istədiyimiz növbəti cinayət də yanvarda baş verib, amma bu dəfə ailədaxili deyil. Hadisə Qubada oldu. Ailəvi istirahət mərkəzində Könül Zalova qeyri-rəsmi münasibətdə olduğu tanışı Elməddin Əhmədov tərəfindən öldürüldü. Qətlin səbəbi kimi aralarında pul üstündə yaranan mübahisə göstərildi.
"Yox” cavabı sonunu gətirdi
Bu dəfə isə qadın həyat yoldaşı yox, "yox” dediyi oğlan tərəfindən öldürüldü. Hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşandı. Səbinə Salayeva Cəfər Ağayevin eşq etirafına qarşılıq vermədiyinə görə, öldürüldü.
34 yaşlı Davidova Turanəni isə qardaşı öldürüldü. Qardaşı Anatoli onu öldürmə səbəbi isə Turanənin evlənmək istəyidir. İki dəfə ailə həyatı uğursuz olan Turanə növbəti dəfə ailə qurmaq istəyib. Onun ikinci həyat yoldaşı keçən ilin yanvarında intihar edib. Bundan sonra qadın 3 övladı ilə birlikdə Naxçıvanski küçəsində kirayədə yaşayıb. Bir müddət əvvəl Turanə Davidova bir kişi ilə tanış olub və onlar bir evdə yaşamağa başlayıb. Turanə Davidovanın bundan narazı qalan 39 yaşlı qardaşı Elşad onun kirayədə qaldığı evə gəlib. Həmin vaxt qadının nikahsız yaşadığı sevgilisi də evdə olub. Elşad ondan evi tərk etməsini istəyib və bacısı ilə söhbətinin olduğunu bildirib. Qardaş və bacı arasında mübahisə davaya çevrilib. Elşad bacısını döş qəfəsindən bıçaqlayıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Hadisə törədilərkən Turanə Davidovanın azyaşlı üç övladı da evdə olub. Uşaqlar köməyə qonşuları çağırmaq istəsələr də, Elşad Davidov buna mane olub.
 
 
Kişi sevgilisini və iki yaşlı qızını öldürdü
 
Gürcüstan vətəndaşı, 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyeva bir vaxtlar qeyri-rəsmi nikahda yaşadığı Qazax rayonunun Qarapapaq kənd sakini, 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən öldürülüb. Keçmiş sevgilisi tərəfindən öldürülən 19 yaşlı Elmiranın və 2 yaşı hələ tamam olmamış qızının da elə həmin gün amansızlıqla qətlə yetirilməsi xəbəri eşidənləri şoka saldı. Onlar qeyri-rəsmi nikah münasibətində yaşayıb qız övladları dünyaya gəlib. Daha sonra cütlüyün münasibətləri pozulub və E.Babayev başqa qadınla rəsmi nikaha daxil olub. Lakin E.Babayev qeyri-rəsmi nikahdan doğulan qızının anası ilə münasibəti yaxşı olmasa da onunla əlaqəni kəsməyib.
 
İyunun 18-də Qazax rayonunda görüşüblər və burada mübahisə ediblər. Mübahisə zəminində E.Babayev 19 yaşlı Elmiranı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Daha sonra isə anası ilə birgə rayona gələn Eldəniz Elmiranın 2 yaşlı qızı Fatiməni öldürüb. Uşağın meyitini isə çayın kənarına atıb.
Telefonla danışırdı…
 
Tovuzda 18 yaşlı Günay Gülməmmədovanın çay kənarında Qardaşı Ruslan Gülməmmədov tərəfindən öldürülüb. Onun başı kəsilmiş meyiti sakinlər tərəfindən tapılıb. Ruslan bacısını öldürməsini onu telefonla danışdığını gördüyünü deyib. Ruslan bacısına xəbərdarlıq edib, amma o danışmaqda davam edib. Bacısını öldürdüyü gün o, Günayı izləyib və çay kənarında qətlə yetirib.
Tovuzda kişi həyat yoldaşının boğazını kəsdi
İlin dəhşətli cinayət hadisələrindən biri Tovuzun Alakol kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü Aydın Hüseynov öz həyat yoldaşı Aytəkin İbrahimovanı qısqanclıq zəminində öldürüb. A.Hüseynov Aytəkin İbrahimovanın Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müddətdən artıq xidmət edən işçi kimi çalışmasına etiraz edib. Buna görə də qadın övladlarını da götürərək atasının evinə qayıdıb. Sentyabrın 10-da Rusiyadan qayıdan kişinin həyat yoldaşı ilə mübahisələri davam edib və marşrut avtobusunu dayandıraraq həyat yoldaşını oradan düşürüb və onun boğazını kəsib. Daha sonra polis idarəsinə gələrək əməlini etiraf edib. Xatırladaq ki, ailənin iki azyaşlı övladı var.
22 yaşlı keçmiş arvadını oteldə öldürən 41 yaşlı kişi
Salyan rayon sakini 41 yaşlı İbrahim Muradov keçmiş həyat yoldaşı 22 yaşlı Röya Novruz qızı Hüseynovanı öldürüb. Hadisə Masallıda yerləşən otellərdən birində baş verib. İ.Muradov R.Hüseynovanın başqa biri ilə qeyri-rəsmi münasibətinin olduğunu öyrənib. Keçmiş həyat yoldaşının həmin şəxslə Masallıya getdiyindən xəbər tutan İbrahim Röyanə elə oteldə də öldürüb.
Oğul ata qatili oldu
Bu il təkcə kişilərin həyat yoldaşlarını öldürməsi ilə yadda qalmadı, oğlun atasını, atanın isə qızını öldürməsi xəbərləri zaman-zaman gündəmə gəldi. Yardımlının Alar kənd sakini, 1999-cu il təvəllüdlü Qaçay Şahverənov ailə münaqişəsi zəminində atası, 1972-ci il təvəllüdlü Nadir Şahverənovu ov tüfəngi ilə kürək nahiyəsindən vuraraq öldürdü.
Ata qızını iplə boğdu
Salyanda isə ata qızını iplə boğaraq öldürdü. 33 yaşlı Gülnar Qurbanova meyiti yaşadığı evdən tapıldı. Araşdırmalar onu atası, 1954-ci il təvəllüdlü Eldar Qurbanovun öldürdüyü təsdiqlədi. Qadının meyiti məsciddə yuyularkən boynunda aşkarlanan ip izindən öldürüldüyü üzə çıxıb. Məlum oldu ki, Gülnar Qurbanova və atası əvvəllər məhkumluq həyatı yaşayıblar. E.Qurbanov 17 il həbsxanada olub. Qadının isə narkotik asılılığı olduğu bildirilir.
Kürəkən qayınatasını öldürdü
İsmayıllıda isə kürəkən qaynatasının həyatına son qoydu. 1987-ci il təvəllüdlü Tural Rüstəmov qayınatası Roman Kərimovu yol kənarında öldürdü. Hadisəyə səbəb ailə münaqişəsi göstərildi.
İmişli rayonunda isə kişi həyat yoldaşını aldadaraq qətlə yetirdi. Rayonun Gövhərli kəndində 1988-ci il təvəllüdlü Ağabba Nəsirov həyat yoldaşı, 1999-cu il təvəllüdlü Aygün Abdulxalıqovanı öldürməsinin qısqanclıq zəminində olduğunu açıqladı.
Gecə saat 01 radələrində A.Nəsirov həyat yoldaşını aldadaraq həyətə düşürüb və bu zaman balta ilə onun başına zərbələr endirib. 17 yaşlı Aygünü öldürən Ağabba meyiti həyətdə qoyub və daha sonra evə qalxaraq yatıb.
 
Hadisə vaxtı evdə gənc ər-arvaddan başqa kimsə olmayıb. Səhər saatlarında A.Nəsirov Bakıya getmiş ata-anasına zəng vuraraq təcili kəndə qayıtmalarını, özünü pis hiss etdiyini deyib. Onlar da oğullarının dediyi kimi ediblər və evə çatanda dəhşətli mənzərənin şahidi olublar. Lakin sonra A.Nəsirov törətdiyi cinayəti etiraf edib.
Arvadını öldürüb intihar etdi
Bakıda ər arvadını öldürüb, sonra özü intihar etdi. Hadisəni isə qadının bacısı aşkarlayıb. Onun Şahin Qurbanov və bacısı Gülnurə Ağayevadan bir müddət xəbər ala buknıyib. Narahat olan qadın özünün iş yoldaşlarından bacısıgilin yaşadığı evə getməyi xahiş edib. Onlar mənzilə getsələr də, qapını açan olmayıb. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat verilib. Hadisə yerinə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri mənizilin qapısını sındıraraq, içəri daxil olublar. Xilasedicilər yataq otağında 38 yaşlı Gülnurə Ağayevanın boğazı kəsilmiş meyitini aşkarlayıblar. Daha sonra hamam otağında 48 yaşlı Şahin Qurbanovun asılmış meyiti tapılıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, hadisə yerinə kriminalistlər cəlb edilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Şahin Qurbanov əvvəlcə arvadı Gülnurə Ağayevanın boğazını kəsib, daha sonra isə hamam otağında özünü asıb.
Qonşuların verdiyi məlumata görə, Şahin Qurbanov və Gülnurə Ağayeva cütlüyünün 4 yaşlı qızı var. Bu, Gülnurə Ağayevanın ikinci evliliyidir. O, ilk evliliyindən 19 yaşlı qız anasıdır. Hadisənin səbəbi isə qaranlıq qaldı.
3 uşağının anası öldürdü
İlin ən qalmaqallı cinayətlərindən biri Zərdabda yaşandı. Zərdab rayonunun Yarməmmədbağı kəndində 1983-cü il təvəllüdlü Aqşin Aslanov yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüxsanə Aslanovanın boğazını bıçaqla kəsərək öldürməsi ətrafında uzun müzakirələr aparıldı. Bu dəfə də səbəb qısqanclıq oldu. A.Aslanov həyat yoldaşını kənddə münasibəti olduğu şəxslər barədə söz-söhbətlərdən bezib öldürdüyünü polislərə etiraf etdi.
Növbəti ildə cinayətdən və cinayətkarlardan uzaq olmaq ümidi ilə…//turaninfo
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ