İndoneziyanın yerli xalqlarından olan mentavaylılar indi ətrafdan təcrid olunmuş şəkildə Mentavay adasında yaşayırlar.
7News.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müasir silahları olsa da, dünya ilə əlaqələri kəsilən bu vəhşi qəbilə öz adət-ənənələri ilə xoşbəxt yaşayırlar.
Balıqçılıqla, ovçuluqla yaşayan qədim tayfa vəhşi təbiətin tam ortasında məskən salıblar.


















